“Dinamo” Kiyev - “Beşiktaş” matçı üçün danışılmış oyun iddiası

“Danışılmış oyun” kitabı ilə dünyaya səs salan Deklen Hill ötən gün bloqunda paylaşdığı yazıda Çempionlar Liqasında “Dinamo” Kiyev-“Beşiktaş” və “Yuventus" - “Dinamo” Zaqreb matçlarına diqqət çəkərək bu qarşılaşmaların danışılmış oyunlar ola biləcəyini qeyd edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Hill hər iki oyundan əvvəl həmin matçlara şübhə ilə yanaşdığını bildirib. O bunun səbəbini belə izah edib: “Hər iki “Dinamo” komandasının qrupdan çıxma və ya Avropa Liqasına getmək şansı yoxdur. Bu da potensial danışılmış oyun üçün fürsət yaradır. Çempionlar Liqasının bu turunda komandanın biri əlindən gələnini əsirgəmədiyi halda (“Beşiktaş”ın növbəti mərhələyə çıxmaq şansı var, “Yuventus” isə liderlik üçün mübarizə aparır), digər klub danışılmış oyun üçün potensiala çevrilir. Bu potensial mərc üzrə danışılmış oyun deyil, lakin 1980-ci illərdən etibarən Avropa kuboklarında belə vəziyyətlər olur”. Qeyd edək ki, ötən gün səfərdə “Dinamo” Kiyevə 6:0 hesabı ilə uduzan “Beşiktaş”ın heyətində iki futbolçu qırmızı kartla cəzalandırılmış və Türkiyə klubunun qapısına müəmmalı penalti təyin edilmişdi. Oyunun baş hakimi Kreyq Tomsonun qərarları ölkəsi Şotlandiyada, keçmiş ingiltərəli futbolçu Stiven Cerrard, eləcə də Britaniyanın Türkiyədəki səfiri tərəfindən narazılıqla qarşılanıb

DİGƏR XƏBƏRLƏR

Top