Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri işdən ayrıldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova tutduğu vəzifədən ayrılıb. N.Allahyarova bu haqda sosial şəbəkədə məlumat yayıb: “Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin”.
Qeyd edək ki, N.Allahyarova bu vəzifəyədək Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə, daha sonra “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top