Kreml Türkiyədəki referendumu şərh etdi

Türkiyədə konstitusiya referendumu ölkənin suveren işidir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyədə keçirilmiş ümumxalq səsvermənin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, hamı türk xalqının iradəsini hörmətlə yanaşmalıdır. Xatırladaq ki, aprelin 16-da Türkiyədə parlamentdən prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya referendumu keçirilib. Səsvermədə iştirak edənlərin 51,4 faizi yeni hökumət sistemini dəstəkləyib. Referendumun yekun nəticələri 11-12 gündən sonra açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top