Ərdoğan: “Bu, adi səsvermə deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan referendum çərçivəsində İstanbulda səs veriblər. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, səs verdikdən sonra R.T.Ərdoğan jurnalistlərə açıqlama verib. Prezident bildirib: “İlk növbədə 16 aprel, bugünkü ümumxalq səsvermə, referendum adi səsvermə deyil. Yəni Cümhuriyyət tariximizdə bir çox parlament sistemi ilə bağlı referendumlarımız olub. Bu arada bəzi ümumxalq səsvermələr də keçirdik, ancaq bu ümumxalq səsvermə artıq Türkiyə Cümhuriyyətinin yeni idarəetmə sisteminin, dəyişikliyin seçimidir. İnanıram ki, bu dəyişiklik seçimində xalqımız sürətli inkişafın, sıçrayışın yolunu açmağa qərar verəcək. Biz daha sürətlə böyüməli, irəliləməliyik. İnanıram ki, millətimiz gözlənilən seçimini edərək gələcəyə doğru addımlayacaq. Mən millətimin demokratiyadakı sağlam fikrinə, bu fikirlə gələcəyə doğru addımlayacağına inanıram”.

DİGƏR XƏBƏRLƏR

Top