Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. Açılış matçı Sumqayıtda baş tutub. Şəhərin eyni adlı təmsilçisi "Zirə”ni qəbul edib. Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb görüş 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Zirə" 33 xalla 4-cü, "Sumqayıt" 32 xalla 5-cidir. Günün növbəti oyunu "Neftçi" və AZAL arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start götürəcək. Qeyd edək ki, XXVI tura aprelin 16-da keçiriləcək "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. report
Azərbaycan Premyer Liqası, XXVI tur
15 aprel (şənbə)
"Sumqayıt” – "Zirə” 1:1
Qollar: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+3-p.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
"Kapital Bank Arena”
İlk üç dövrə - 1:0, 1:0, 0:1