Dubayda ən uzun selfi çubuğu şəklin çəkilməsi üzrə dünta rekordu müəyyənləşdirilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, rekorda “ITP Live” şirkəti imza atıb. Bu zaman şirkət selfi üçün 16,6 metr uzunluğunda çubuqdan istifadə edib. Əvvəlki rekord 15,57 metr uzunluğunda çubuqdan istifadə etmiş italiyalı blogerlərə məxsus olub. Rekord Ginnesin Rekordlar Kitabının nümayəndələrinin iştirakı ilə qeydə alınıb.