“İncirlik bazasının Yunanıstana köçürülməsi müzakirə edilir”

Yunanıstan Milli Müdafiə Nazirliyi ABŞ-la Amerikanın Kritdəki Sud hərbi bazasının genişləndirilməsini və Türkiyədəki İncirlk bazasının oraya köçürülməsini müzakirə edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Milli Müdafiə Nazirliyindəki mənbə deyib. Onun sözlərinə görə, Sudda ABŞ-ın bazasının genişləndirilməsi ilə bağlı sazişin imzalanması müzakirə edilir: “Baza üzrə saziş hər il uzadılır. İstəyirik ki, İncirlikdəki baza Suda köçürülsün. Bu bizim maraqlarımıza xidmət edir, biz Türkiyədən asılı olmayacağıq. Bu, həmçinin Türkiyəni zəiflədəcək. Ankaranın siyasəti çətin müəyyən ediləndir və heç kəs bilmir ki, prezident Rəcəb Tayyib Ərdoğan hansı addımları ata bilər. Hazırda Ankara İncirlikdəki bazanı bağlamaqla ABŞ-ı daim təhdid edir”.

DİGƏR XƏBƏRLƏR

Top