Ruhani Rusiya-ABŞ toqquşmasının nə qədər yaxın olduğundan danışıb

İran prezidenti Həsən Ruhani rusiyalı rəsmi şəxslərə istinadən edərək bəyan edib ki, ABŞ-ın Suriyanın Şayrat aerodromuna raket zərbəsindən sonra Rusiyanı Amerika ilə toqquşmadan bir neçə düym ayırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, H. Ruhani qeyd edib ki, kimyəvi hücum “bəhanəsi” ilə zərbənin endirilməsi əsassız olub.

Prezident bildirib: “Qazın ətrafa yayılması nəticəsində insanlar ölüb. Biz bu məsələnin baş vermə şəraitini araşdırmaq üçün beynəlxalq komissiya yaratmağı təklif etdik. Əgər qazın terrorçular tərəfindən yayıldığı məlum olsa, ABŞ nə edəcək?”.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyada hökumət qüvvələrinə məxsus Şayrat aerodromuna 59 qanadlı raketlə zərbə endirib. Bu, Suriya hökumətinin İdlib vilayətində havadan kimyəvi silah tətbiq etməsinə cavab olub.

DİGƏR XƏBƏRLƏR

Top