Ukrayna Milli Bankının sədri istefa verib

Ukrayna Milli Bankının sədri Valeriya Qontareva istefa verib. Bu barədə “İnterfax” mənbəsinə istinadən məlumat yayıb. Qontarevanın istefa ərizəsi prezident Petro Poroşenkoya təqdim edilib. Milli Bank və prezident administrasiyası hələ ki, məlumatı şərh etməyib. Qeyd edilir ki, bu gün Milli Bank sədrinin də iştirakı ilə mətbuat-konfransı keçiriləcək, lakin konfransın sədrin istefası ilə bağlı olub-olmadığı açıqlanmır.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top