Kılıçdaroğlu Ərdoğana görə yarım saat gözlədilməsinə etiraz edib

Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu “TRT Haber” və TRT-yə aid digər telekanallarda özünün iştirakı ilə ortaq başlayacağı açıqlanan canlı yayımın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etməsi ilə əlaqədar 30 dəqiqə gec başlamasına etiraz edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, K. Kılıçdaroğlu bunun tək adam rejiminin ən tipik nümunəsi olduğunu qeyd edib.

O bildirib: “Hörmətli prezident çıxış edir, mənə saat 19:00-da televiziya proqramı başlayacaq deyilib, ancaq onun sözü kəsilmir, kimsə kəsməyə cəsarət etmir”.

K. Kılıçdaroğlu əlavə edib ki, TRT tərəfsiz olmalıdır: “Belə olmaz. Mən bu telekanala vergi ödəyirəm”.

Buna qarşılıq verilişin aparıcısı bildirib ki, K. Kılıçdaroğlu prezident olsaydı TRT yenə də gözləyərdi: “Bura ictimai qurumdur, o da dövlətin başındakı insan olduğu üçün, kimin olmasından asılı olmayaraq, siz də olsanız gözləmək olar”.

DİGƏR XƏBƏRLƏR

Top