Lavrov ABŞ-ın Suriyaya zərbələrinin kimə sərf etdiyini açıqlayıb

ABŞ-ın Suriyaya zərbələr endirməsi yalnız Astana və Cenevrədə danışıqları pozmaq istəyənlərə, eləcə də Suriyada hakimiyyəti güc yolu ilə devirməyə çalışanlara sərf edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın Suriyada aviabazaya zərbələr endirməsi ilə əlaqədar Vaşinqton ilə münasibətlər üçün nəticələr çıxaracaq: “ABŞ-ın Suriyada fəaliyyəti Moskva və Vaşinqton arasında onsuz da pozulmuş münasibətlərə zərbə vurur. Nazir vurğulayıb ki, ABŞ yalnız fotolara istinad edərək İdlibdə kimyəvi silahın tətbiq edilməsinə dair heç bir fakt gətirməyə macal tapmayıb. S. Lavrov qeyd edib ki, ABŞ-ın Suriyaya zərbələri zamanı rusiyalılar arasında heç kəs həlak olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top