Putin: MDB-nin hər bir ölkəsi terror hücumlarının potensial obyektidir

Sankt-Peterburq metrosunda partlayış təsdiq edir ki, terror vəziyyəti yaxşılaşmır, MDB-nin bütün ölkələri terror hücumlarının potensial obyektidirlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə deyib. O bildirib: “Biz görürük ki, vəziyyət təəssüf ki, yaxşılaşmır. Bunun ən yaxşı təsdiqi Sankt-Peterburqda bu yaxınlarda baş vermiuş faciəvi hadisələrdir. Terror hücumu nəticəsində insanlar həlak oldular, çoxlu xəsarət alan var. Bilirik ki, bizim hər bir ölkəmiz, demək olar hər biri terror hücumlarının mümkün, potensial obyektidir. Ölkələrimz üçün digər çoxlu təhlükələr də var”. V. Putin əlavə edib ki, MDB ölkələrində təhlükəsizliyə əsas təhdidlər mütəşəkkil cinayətkarlıq, narkotrafik, eləcə də korrupsiya və xarici qüvvələrin daxili siyasi vəziyyətə təsiridir.

DİGƏR XƏBƏRLƏR

Top