Ronaldo 7 nömrənin sirrini açdı

Daha əvvəl “Mançester Yunayted” klubunda çıxış edən Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo etiraf edib ki, İngiltərə komandasında yeddi nömrəli formanı həmin vaxt baş məşqçi olan Aleks Ferqyussonun məsləhətindən sonra götürüb. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, K. Ronaldo öncə 28 nömrəli formanı istəyib, lakin A. Ferqyusson buna etiraz edərək 7 nömrəli formanı götürməsini bildirib. Portuqaliyalı futbolçu deyib: “Mən təəccübləndim, çünki məndən əvvəl “Mançester Yunayted”də 7 nömrəli formanı hansı futbolçuların daşıdıqlarını bilirdim. “Mançester Yunayted” futbolda uğurumun başlanğıcı oldu. Təkcə biliklərimi deyil, həm də bədənimi yaxşılaşdırdım. 5 il ərzində “Mançester Yunayted”də futbol incəsənətinə yiyələndim”

DİGƏR XƏBƏRLƏR

Top