Şimali Osetiya teatrı Bakıya gəlir

Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası - Alaniya) aprel ayının 7-dən - 9-dək bu teatra qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində "Potexa dlya smexa" nağılının motivləri əsasında O. Rozumun " "Jili-bıli" tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır. Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin "Dəcəl keçi" tamaşası ilə RF-yə səfər edərək adıçəkilən teatrın qonağı olacaq.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top