Bura Bakıdır - "Keçidlərdə, işıqforlarda, yol nişanlarında əlillər nəzərə alınmayıb"

"Demək olar ki, əhaliyə xidmət göstərən heç bir yer əlilliyi olan şəxslərin istifadəsi üçün uyğun deyil". "Yeniavaz.com" saytı xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, iş yerlərində, yaşayış binalarında, yollarda, ictimai nəqliyyat vasitələrində, ticarət şəbəkələrində, istirahət mərkəzlərində və demək olar ki, hər bir sahədə əlillərə xidmət yox dərəcəsindədir.

"Nazirliklərin binası, məhkəmələrin əksəriyyəti, notariuslar, ticarət şəbəkələri - restoran, kafe və barların demək olar heç birində əlillərin istifadəsi üçün şərait yoxdur. Piyada keçidləri, işıqforlar və digər yol nişanları da bu barədə nəzərə alınmayıb. Bəzən bu nəzərə alınsa da, yarımçıq həyata keçirilir",-deyə Sahib Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə istisnalar barmaqla sayılacaq qədərdir: "Heydər Əliyev mərkəzi, Heydər Əliyev sarayı, Bakı Hava Limanı, 5 ulduzlu otellər, "ASAN xidmət" binaları və s. isə bunlar nəzərə alınıb".

DİGƏR XƏBƏRLƏR

Top