Bəzi aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının (ÜSY) verilməsi 3 aydır gecikir. Vətəndaşlar isə yardımın birdəfəlik dayandırılacağından narahatdırlar. Belə vətəndaşlardan bir neçəsi "Yeniavaz.com" saytına müraciət edib.
Mövzu ilə bağlı "Yeniavaz.com"un sualını cavablandıran Əmək və Əhalinin Sosialı Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev dedi ki, ünvanlı sosial yardımların verilməsində heç bir problem yoxdur: "Əgər kimdəsə dayandırılıbsa, deməli, sənədində problem var. Onlar nazirliyə müraciət eləsinlər, biz də araşdırıb səbəbini deyək".
Ruzbeh Məmməd