“Yerevan Rusiyadan Azərbaycan silahlarının qarşısını almaq üçün texnika almaqda maraqlıdır”

Ermənistan Rusiyadan Azərbaycanın hərbi potensialının qarşısını almaq iqtidarında olan hərbi texnika almaqda maraqlıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Vigen Sarqsyan deyib. O bildirib: “Biz Azərbaycanın genişləndirdiyi arsenalı balanslaşdıra və Azərbaycanda hərbi növbətçilikdə dayanan bir sıra silahların mümkün istifadəsinin qarşısını ala biləcək texnikaya maraq göstəririk”. Bununla belə, nazir qeyd edib ki, Ermənistan digər tərəfdaşlarla da mütəmadi danışıqlar aparır: “Biz silahlı qüvvələrin öz inkişaf planı əsasında müxtəlif silahlar almışıq və alırıq”.

DİGƏR XƏBƏRLƏR

Top