Elnarə Abdullayeva ağır qəzaya düşüb?

Sosial şəbəkədə əməkdar artist Elnarə Abdullayevanın ötən gecə avtomobil qəzasına düşdüyü barədə məlumat yayılıb. Onun durumunun ağır olduğu deyilir.

"Yeniavaz.com" xəbər verir ki, o, musavat.com-a açıqlamasında bildirib ki, bu, yayılan məlumat yalandır: "Tanınmış insanlarla bağlı tez-tez bu cür xəbərlər yayılır. Gah deyirlər, filan kəs ağır qəzaya düşdü, gah deyirlər öldü, gah da deyirlər sağalmaz xəstəliyə yoluxub. O şəxslərə demək istəyirəm ki, dəqiq olmayan məlumatları yaymasınlar. Bizim də ailəmiz, yaxınlarımız, sevənlərimiz var. Bütün bunlar onları üzür. Mən nə qəzaya düşmüşəm, nə də səhhətim ağırdır. Dünən axşam toy məclisində olmuşam. Sonra da sağ-salamat evimə gəlmişəm. Heç kim narahat olmasın".

DİGƏR XƏBƏRLƏR

Top