Putin Rusiya ordusunun ştat sayını artırdı

Rusiya prezidenti Vladimir Putin imzaladığı fərman ilə 1 iyul 2017-ci ildən etibarən ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1 903 051 nəfərədək artırıb, hərbçilərin sayı isə 1 013 628 səviyyəsində qalıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, belə ki, V. Putin “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayı haqqında” 8 iyul 2016-cı il tarixki fərmanına dəyişikliklər edib. 1 yanvar 2017-ci il tarixindən Rusiya Silahlı Qüvvələrinin sayı 1 897 694 nəfər, o cümlədən 1 013 628 hərbçi təşkil edirdi. Yeni fərman imzalandığı gündən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top