Türkiyə Rusiya kənd təsərrüfatı məhsulları üçün rüsumları açıqladı

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən Rusiya məhsullarının ixracı üzrə rüsumların tətbiq edilməsi barədə rəsmi məlumat alıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, buğda və qarğıdalı üçün rüsum 130 faiz, günəbaxan yağı üçün isə 36 faiz həcmində müəyyənləşdirilib. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən qeyd ediblər ki, bu ilin martın 15-dən Türkiyəyə buğda və qarğıdalı ixracı üzrə rüsum 130 faiz, düyü 45 faiz, günəbaxan yağı 36 faiz, günəbaxan ceçəsi 13,5 faiz, paxlalılar üçün isə 9,7 faiz təşkil edir. Günəbaxan yağının ixracı üçün 36 faiz rüsumdan başqa digər məhdudiyyətlər də mövcuddur – tədarük edilən məhsulun minimum gömrük qiyməti bir tona görə 1500 dollardı. Nazirlikdən vurğulayıblar ki, bu, cari 1 tona görə 800 dollar qiyməti üzrə mümkün deyil.

Xatırladaq ki, Türkiyə martın 15-dən etibarən Rusiyanı kənd təsərrüfatı məhsullarını rüsumsuz ixrac edən ölkələr siyahısından çıxarıb. Bunadək Rusiya məhsulları üçün rüsumsuz rejim həmin məhsulların emalı və ya sonradan üçüncü ölkələrə ixracı üçün tədarükü zamanı qüvvədə idi. Lakin Türkiyə bazarında Rusiyanın kənd təsərrüfatı məhsullarının reallaşdırılması üçün 130 faiz həcmində rüsum ödəmək tələb olunurdu. İndi isə belə bir rüsum Rusiyadan Türkiyəyə istənilən kənd təsərrüfatı məhsulunun idxalı zamanı tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Top