Hollandiya millisinin baş məşqçisi istefaya göndərilib

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib. İstefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub. Son turda Bolqarıstana 0:2 hesabı ilə məğlub olan və 5 oyundan sonra cəmi 7 xal toplayan Hollandiya yığması hazırda “A” qrupunda 4-cü pillədə qərarlaşıb. Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək. Qeyd edək ki, 55 yaşlı D.Blind 2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi.Apa

DİGƏR XƏBƏRLƏR

Top