Almaniyanın yeni prezidenti and içərək Türkiyəyə səsləndi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Avropa ölkələrinin başçılarını nasistlərlə müqayisə etməyi dayandırmağa və tərəfdaşlıq münasibətlərinə zərər verməməyə çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu F. V. Ştaynmayer ölkə prezidenti qismində andiçmə mərasimindən sonra Bundestaq və Bundesratın birgə iclasında çıxış edərkən deyib. O bildirib: “Nasisrtlərlə mənasız müqayisəni artıq dayandırın, Türkiyə ilə tərəfdaşlıq münasibətləri ilə istəyənlərlə nazik əlaqə telini qırmayın”. Yeni prezident R. T. Ərdoğandan qanunun aliliyinə və KİV-lə jurnalistlərin azadlığına hörmət etməyi tələb edib: “Və Dəniz Yüceli azad edin”.

Xatırladaq ki, Berlin və Ankara arasında münasibətlər fevralın 17-də 43 yaşlı türk əsilli Almaniya jurnalisti Dəniz Yücelin (ikili vətəndaşlığı var) PKK terror təşkilatında iştirak, terrorçuluğun təbliği, məlumatların qanunsuz istifadəsi ittihamları ilə İstanbulda həbs edilməsindən sonra gərginləşib. F. V. Ştaynmayer fevralın 12-də Almaniya prezidenti seçilmişdi. Keçmiş xarici işlər naziri (2005-2009, 2013-2017-ci illərdə) Federal Yığıncağın – prezidentin seçilməsi məqsədilə toplaşan xüsusi orqan - deleqatlarının böyük əksərinin dəstəyini əldə edib. F. V. Ştaynmayer səslərin 1260-dan 931-ni qazanıb. O bu vəzifədə Yohaim Qauku əvəz edib.

DİGƏR XƏBƏRLƏR

Top