Oyun biznesi fırıldağına görə erməni 2 il həbsdə yatmalı olacaq



Saxalində qeyri-qanuni oyun biznesi təşkil edən erməni indi buna görə cavab verməli olacaq. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, Saxalin şəhər məhkəməsi adı və soyadı açıqlanmayan Ermənistan vətəndaşını qeyri-qanuni oyun biznesi təşkil etməkdə ittiham edib. İstintaq araşdırması zamanı məlum olub ki, Ermənistan vətəndaşı 6 nəfərlə birlikdə Yujno-Saxalinskdə internet şəbəkəsindən istifadə etməklə qeyri-qanuni şəkildə oyun biznesi təşkil edib. O və həmkarları bu yolla 49 milyon rubl gəlir əldə ediblər. Nəticədə Ermənistan vətəndaşı qeyri-qanuni oyun biznəsinin təşkilatçısı kimi cinayət məsuliyyətinə cəlb edilib. Lakin məhkəmə ermənini cərimələməklə işi bitmiş hesab edib. Bundan narazı qalan yerli icra qurumları məhkəmənin qərarından apelyasiya şikayəti verib. Nəticədə Appelyasiya məhkəməsi erməniyə yüngül cəza verildiyini bildirərək bu qərarı ləğv edib. Buna əsasən də Saxalin vilayət məhkəməsi məsələyə yenidən baxaraq erməninin iki il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top