Melih Gökçek Ərdoğanın müşavirini CİA agenti adlandırıb

Ankara bələdiyyə sədri Melih Gökçek "Twitter"də diqqət çəkən paylaşım edib. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bələdiyyə sədri cəmi bir neçə saniyə sonra bu paylaşımı silib.

Bir xəbər saytında Türkiyə prezidentinin sözcüsü İbrahim Kalınla bağlı xəbər paylaşan M.Gökçek "İB.KALIN" yazıb. Xəbərdəki iddialara görə İbrahim Kalın MKİ (CİA-Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşı çıxıb.

Gökçek bu paylaşımdan sonra başqa bir açıqlama da verib. Onun sözlərinə görə, bu xəbər iftiradı: "FETÖ-çu alçaqların İbrahim Kalın qardaşımla bağlı əvvəllərdə gündəmə gətirdikləri xəbəri təkrar olaraq gündəmə gətirmək istədiklərini gördüm. Bu xəbər linkini İbrahimə mesajla yollamaq əvəzinə səhvən paylaşmışam. Kimsə bu texniki səhvimdən nə isə məna çıxarmasın. İbrahim Kalın qardaşımla da danışdım. Bu xəbərin heç bir mənası yoxdur və iftiradır".

Sosial şəbəkə izləyiciləri Gökçekin bu "səhvini" lağ-lağı ilə qarşılayıblar. "Twitter" istifadəçilərinin iddialarına görə, Gökçek saxta profillə paylaşmaq istədiyi xəbəri öz profili ilə paylaşıb. Əgər dediyi kimi texniki səhvdirsə, niyə "İB.KALIN" yazıb?!

DİGƏR XƏBƏRLƏR

Top