Hollandiyada parlament seçkiləri keçirilir


Türkiyə ilə siyasi böhran yaşayan Hollandiyada parlament seçkiləri keçirilir. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, Bakı vaxtı ilə 10:30-da başlayan səsvermə gecə 23:00-da bitəcək. 28 partiyanın yarışacağı seçkilərdə 12,9 milyon nəfər səs verəcək. Türk vətəndaşlarının da çox yaşadığı Hollandiyada keçirilən seçkilər, Türkiyə ilə yanaşı digər ölkələrdə də yaxından təqib edilir. Sağ Liberal Azadlıq və Demokratiya üçün xalq Partiyası başçısı Baş Nazir Mark Rutte seçkidə kiçik fərqlə liderliyini qoruyur. İslam əleyhdarı olan Gert Vildersin başçılığı altındakı Azadlıq Partiyası seçkidə var gücü ilə mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR

Top