Azərbaycan vətəndaşı Gürcüstanda silahla tutulub

Gürcüstan polisi biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri saxlayıb. Gürcüstan DİN-in saytının məlumatına görə, onlar qanunsuz şəkildə odlu silah və sursatın əldə edilməsi və saxlanılmasında şübhəli bilinirlər. 24 yaşlı Azərbaycan vətəndaşı və 22 yaşlı digər şəxsin olduğu avtomobil Qardabanidə saxlanılıb. Maşında axtarış aparılarkən polis əməkdaşları “TT” markalı tapança və 15 ədəd qüllə aşkar edib. İstintaq gedir.Apa

DİGƏR XƏBƏRLƏR

Top