Rusiya münaqişənin həllində vasitəçilik missiyasını davam etdirəcək

Rusiya Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasını digər həmsədr ölkələrlə birgə bundan sonra da davam etdirmək niyyətindədir. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlər üçün təşkil edilən brifinqdə deyib. Zaxarova xatırladıb ki, ATƏT Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransa prezidentlərinin verdikləri 5 birgə bəyanatında münaqişənin hərbi yolla həllinin yolverilməzliyi qeyd edilib: "Üç ölkə prezidentləri arasında əldə edilən razılıqdan əlavə, Rusiya Azərbaycan və Ermənistanla yaxın əlaqələrindən istifadə edərək tərəflərin mövqelərini yaxınlaşdırmağa cəhd edəcək".

DİGƏR XƏBƏRLƏR

Top