Azərbaycanda alkoqollu içkilər ən çox hansı bölgələrdə içilir? - SİYAHI

Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər tərəfindən xərclənir. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikasında bir nəfərin ay ərzində alkoqollu içkilərin alınmasına sərf etdiyi vəsait 2,2 manata bərabərdir. Bu məbləğ adambaşına düşən orta aylıq xərcin 0,8%-ni təşkil edir. Ay ərzində alkoqollu içkilərə ən az vəsait xərcləyən iqtisadi rayon isə Lənkəran hesab olunur. Lənkəran iqtisadi rayonunda adambaşına alkoqollu içkilərə xərclənən orta ayıq məbləğ cəmi 80 qəpik təşkil edir. Bu göstərici, Abşeron iqtisadi rayonunda 90 qəpik, Yuxarı Qarabağ iqtisadi rayonunda 1 manat, Dağlıq Şirvanda 1,2 manat, Aran, Gəncə-Qazax və Şəki-Zaqatalada 1,3 manat, Kəlbəcər-Laçın və Bakı şəhərində 1,4 manat, Quba-Xaçmaz iqtisadi rayonunda isə 1,5 manata bərabərdir.

Rayonlar üzrə adambaşına alkoqollu içkilərə xərclənən vəsait:

DİGƏR XƏBƏRLƏR

Top