Tarixə qovuşan dəyirmanlar-VİDEO

Hər bir milli yeməyimizin özünəməxsus dadı onun hazırlanma qaydalarından asılıdır. Elə su dəyirmanlarında üyüdülən undan hazırlanan təamların dadı da fərqli olur. Məişət mədəniyyəti tariximizdə su dəyirmanlarının böyük rolu olsa da, günümüzdə bu qədim qurğulardan istifadə edənlərə az-az rast gəlinir. Zaqatalada ata-babalarından qalma bu sənəti davam etdirən yeganə dəyirmançı Məhəmməd dayıdır.
Bir əsr yaşı olan qədim dəyirman Məmməd dayıya babasından miras qalıb. Dardoqqaz kəndində yerləşən bu dəyirman Sovetlər dönəmində müsadirə olunsa da sonradan öz sahibinə qaytarılır. Bu gün də su dəyirmanını sevə-sevə işlədən sahibkar keyfiyyətli un istehsalı ilə məşğuldur. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan fərqlənir. Çünki, üyütmə zamanı buğda isinmədiyindən tərkibində olan vitamin və mineral maddələr itmir. Kəpək də unun tərkibində qaldığından bu un həmdə dietik qida kimi əvəzolunmazdır. Rayon sakinləri ilə yanaşı, qonşu rayonlardan, hətta Bakı şəhərindən də un üyütmək üçün bu dəyirmana taxıl gətirənlər olur. Kənddən bir xeyli aralıda yerləşən su dəyirmanının yolu bərbad olsa da könlü təmiz, keyfiyyətli un istəyən insanlar bu çətinlikləri qət edirlər. Dəyirman suyun çarxı fırlatması ilə işə düşür. Texnika müasirləşdikcə su dəyirmanlarına maraq da azalıb. Lakin dəyirmançı Məmməd dayı bütün çətinliklərə baxmayaraq, ata-babalarından miras qalmış bu sevimli peşəsini davam etdirmək niyyətindədir.ARBŞəki

Dəyirman

DİGƏR XƏBƏRLƏR

Top