“Facebook”dan yeni xidmət

“Facebook” sosial şəbəkəsi “City Guides” adlı şəhərlər üzrə bələdçi funksiyasını test rejimində işə salıb. “Yeniavaz.com”un “Riafan.ru” saytına istinadən verdiyi məlumata görə, yeni xidmət bəzi iOS və Android istifadəçiləri üçün əlçatan olacaq. “City Guides” şəhərlərin görməli yerləri barədə məlumat verəcək, restoran və tədbirləri tövsiyyə edəcək. Bundan başqa, yeni xidmət istifadəçinin dostlarından bu şəhərdə kimin olduğunu, konkret harada olduğunu və nə etdiyini göstərəcək. Şəhərlə bağlı səhifədə yerli vaxt, eləcə də hava haqqında məlumat göstəriləcək. Üstəlik sevimli yerlər və tədbirləri yaddaşda saxlamaq mümkün olacaq. Şirkət funksiyanın bütün smartfon istifadəçiləri üçün nə vaxt əlçatan olacağını, onun sosial şəbəkənin veb-versiyasında olub-olmayacağını açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top