"Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"

"Təmas xəttində baş verən son insident regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün tərəflərin tez bir zamanda danışıqları bərpa etməsinin vacibliyini göstərir".

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “armenpress.am” saytına müsahibəsində deyib.

“Mən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri fevralın 25-də bəyanat yayaraq atəşkəsə və güc tətbiq edilməməsi prinsipinə sadiqlik göstərilməsinə çağırış etmişik”, - deyə həmsədr qeyd edib.apa

DİGƏR XƏBƏRLƏR

Top