Ermənistanla Avropa Birliyi arasında danışıqlar başa çatıb

Avropa Şurasının sədri Donald Tusk Ermənistanla Avropa Birliyi (AB) arasında çərçivə anlaşmasının imzalanması üzrə danışıqların yekunlaşdığını bildirib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə Donald Tusk Serj Sarkisyanla görüşdən sonra bildirib: "Avropa Birliyi Ermənistanın ən iri ticarət tərəfdaşı, həm də beynəlxalq aləmdə bir saylı donorudur. Biz Ermənistanda keçirilən islahatları dəstəkləyirik".

Tusk gələcəkdə də AB-nin Ermənistana ən yüksək səviyyədə dəstək verəcəyini və onunla iqtisadi, ticari əməkdaşlığı daha da genişləndirəcəyini xüsusi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top