UEFA prezidenti ABŞ-ın immiqrasiya siyasətini tənqid edib

ABŞ-ın hazırkı immiqrasiya siyasəti futbol üzrə 2026-cı il dünya çempionatının bu ölkədə keçirilməsinə mane ola bilər. Bu barədə UEFA prezidenti Aleksander Çeferin "The New York Times" qəzetinə müsahibəsində bildirib. Sloveniyalı qurum rəhbəri deyib ki, DÇ-2026-ya ev sahibliyi etmək üçün müxtəlif ölkələrin ərizələri gözdən keçiriləcək. Onun sözlərinə görə, əcnəbi vətəndaşların ABŞ-a səfər etmələrinə məhdudiyyətləri nəzərdə tutan sərəncamlar mundiala ev sahibliyi etmək uğrunda mübarizədə bu ölkəyə kömək olmayacaq: "İnsanlar siyasi qərarlar ucbatından dünya çempionatına gedə bilməsələr, onda belə səviyyəli turnirlər bu ölkədə keçirilməməlidir". Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi etməyə ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya və Yeni Zelandiya iddia edir. Əvvəllər iddiaçılar sırasında Türkiyə və Azərbaycanın da adları hallandırılırdı.Report

DİGƏR XƏBƏRLƏR

Top