Şimali Koreya liderinin qardışını öldürən qıza qətlə görə 90 dollar ödənilib

Kim Çen Namın qətlində şübhəli bilinən İndoneziya vətəndaşı Siti Aysiyaya Şimali Koreya lideri Kim Çen Inın qardaşına hücuma görə 90 dollar ödəyiblər. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Malayziyadakı səfirinin müavini deyib. Onun sözlərinə görə, S. Aysiya adlı qız baş verənlərin hamısının oyun olduğunu düşünüb. Malaziya polisi qətlə yetirilmiş K. Ç. Namın üzündə əsəb-iflic təsirli maddə aşkarlamışdı. Bu maddə BMT tərəfindən kimyəvi kütləvi qırğın silahı kimi təsnif edilir. Xatırladaq ki, fevralın 14-də Malayziya polisi K. Ç. Namın öldüyünü təsdiq edib. Sonradan məlum olub ki, o, Malayziya aeroportunda iki qadının hücumu nəticəsində qətlə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top