İşsizlikdən sığorta - Azərbaycanda yeni qanun hazırlanır

"Dünya praktikasında işsizlikdən sığorta sistemi ümumi sosial müdafiə sisteminin mühüm komponentlərindən biri kimi qəbul olunur. İşsizlikdən sığorta sistemi işləyən şəxslərin iş yerlərini və bununla gəlirlərini itirdikləri hallarda onların sosial müdafiəsinə, yəni itirilmiş gəlirlərinin kompensasiyasına xidmət edir". Bu barədə "Yeniavaz.com" saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, bu sistemin hüquqi əsaslarının yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dünya təcrübəsindəki mütərəqqi prinsiplər əsas götürülməklə "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb: "Layihədə işsizlikdən icbari sığorta üzrə sığorta tarifləri sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əmək haqqının və işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi miqdarında olması nəzərdə tutulur. Göründüyü kimi, ümumi sığorta haqqı cəmi 1 faiz təşkil edir ki, bu tarif dünya ölkələrindəki müvafiq tariflər üzrə ən aşağı səviyyədədir".

Qeyd olunub ki, işsizlikdən sığorta sisteminin formalaşması işsizlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi imkanlarını da artıracaq.

DİGƏR XƏBƏRLƏR

Top