Uşaq əsgərlərin 40 faizi Afrikadadır

Dünya üzrə silahlı təşkilatların istifadə etdiyi uşaq əsgərlərin 40 faizi Afrikadadır. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ruandanın xarici işlər naziri Luis Muşikivabo deyib. Onun sözlərinə görə, günümüzün müharibələri uşaqlar üzərində yeni təhdidlər yaradıb: “Afrika İttifaqı 18 yaşından kiçik hər kəsi “uşaq” kateqoriyasına aid edir. Qitədəki uşaqların hərbdə istifadə edilməsindən başqa, uşaqlar müharibələrdə casusluqla məşğul olmağa vadar edilir və cinsi istismara məruz qalırlar”. Nazir xatırladıb ki, BMT-nin 2015-ci ildə dərc etdiyi uşaq əsgərlər haqqında hesabatında dünyada uşaqlardan istifadə edən 57 silahlı qrupun 29-u Afrikanın 7 ölkəsində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top