Türkiyədə anti-terror əməliyyatında saxlanılanlardan 9-u həbs edilib

Türkiyənin Qaziantep Cümhuriyyət Baş Prokurorluğunun Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birlikdə PKK terror qruplaşması əleyhinə keçirdiyi əməliyyatında saxlanılmış 17 şübhəli ilə bağlı təhqiqat başa çatıb. Türkiyə mətbuatının məlumatına görə, sağlamlıq yoxlamasından sonra ədliyyəyə göndərilmiş şübhəlilərdən biri ifadə verdikdən sonra sərbəst buraxılıb. Şübhəlilərdən 9-u həbs edilib, daha 7 nəfər isə məhkəmə qərarı ilə azadlığa buraxılıb. Qeyd edək ki, azadlığa buraxılanlar hüquq-mühafizə orqanlarının nəzarəti altında olacaqlar.Report

DİGƏR XƏBƏRLƏR

Top