Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov paytaxt Astananın və digər əhəmiyyətli obyektlərin adlarının dəyişdirilərək ölkə prezidentinin şərəfinə Nursultan Nazarbayev adı verilməsini təklif edib. “Yeniavaz.com”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, K. Sultanov bu təklifi “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” bəyannaməsinin qəbul edilməsi ilə bağlı palatanın iclasında irəli sürüb. Onun təklifi kommunist fraksiyasının deputatı Vladislav Kosarev tərəfindən dəstəklənib. Yerli mətbuatın yazdığına görə, 2013-cü ildə də Astanın adının dəyişdirilərək Nursultan adı verilməsi təklif edilmişdi. 2009-cu ildə isə Azərbvaycanın Qazaxıstandakı səfiri Lətiv Qəndilov Astanaya N.Nazarbayevin şərəfinə Sultan-Ata adı verilməsini təklif etmişdi.