Türkiyədə evlilik verilişləri bağlana bilər

Türkiyə parlamentinin Ərizə komissiyası daxilində evlilik və izdivac proqramlarının ailə müəssisəsinə mənfi təsirini araşdırmaq məqsədilə alt komissiya yaradılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərizə komissiyasının sədri, deputat Belma Satır bildirib ki, televiziya kanallarındakı evlilik verilişləri ilə əlaqədar komissiyaya xeyli sayda şikayət ərizəsi daxil olub. Onun sözlərinə görə, ən çox baxılması səbəbilə demək olar bütün özəl telekanalalrda bu cür verilişlər baxılma faizinin ən yüksək olduğu saatlarda bir neçə saat yayımlanır: “Televiziyadakı evlilik və izdivac verilişlərində ailə bütünlüyünü pozan ünsürlər var. Hüquqa, qadın haqlarına və əxlaqa zidd yayınlar var. Radio və Televiziya Ali Qurumu televizya kanallarına verdiyi cəzalara baxmayaraq, maddi problemlərə görə bu verilişlər davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top