Türkiyədə 5 aylıq körpənin böyrəklərindən 56 daş çıxarılıb

Türkiyənin Ordu şəhərində qəribə hadisə baş verib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 aylıq körpənin böyrəklərində daş aşkarlanıb. Əməliyyat olunan körpənin böyrəklərindən fərqli ölçülərdə 56 ədəd daş çıxarılıb. Körpənin ailəsi bildirib ki, körpə birdən-birə xəstələnib və ailəsi onu dərhal xəstəxanaya çatdırıb. Xəstəxanada ilkin müayinə olunduqdan sonra Samsunda Sağlamlıq və Araşdırma Mərkəzinə aparılıb. Həkim baxışından keçdikdən sonra körpə əməliyyat olunub. Hal-hazırda körpənin vəziyyəti yaxşıdır.

DİGƏR XƏBƏRLƏR

Top