"Şahdəniz"də qaz hasilatı artıb

2016-cı il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 469 milyon dollar əməliyyat xərcləri və təqribən 3,7 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. “Yeniavaz.az” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2015-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 482 milyon dollar əməliyyat xərcləri və 4,37 milyard dollar əsaslı xərclər çəkilib.

2016-cı il il ərzində "Şahdəniz" yatağından 10,7 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20 milyon barel) kondensat hasil edilib. Qeyd edək ki, 2015-ci ildə yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (təqribən 18,3 milyon barel) kondensat hasil olunub.

Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator - 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top