Ruslar ərəblərlə birgə qırıcı təyyarə hazırlayacaqlar

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birlikdə beşinci nəsil yüngül qırıcı təyyarə layihəsinin işlənib hazırlanması ilə məşğul olacaqlar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə,bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov 13-cü Beynəlxalq IDEX 2017 silah sərgisində deyib. Onun sözlərinə görə, hərbi-texniki məhsullar sahəsində sənaye kooperasiyasının inkişafı haqqında saziş imzalanıb: “Bu, beşinci nəsil yüngül qırıcı üzrə layihəni inkişaf etdirmək imkanı verir. Layihə BƏƏ-nin iştirakı ilə işlənin hazırlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top