Almaniyanın Ermənistandakı keçmiş səfiri Rayner Morel qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə səfər edib. "Yenivaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Morel mətbuata açıqlamasında məqsədinin qondarma Dağlıq Qarabağda keçirilən "referendum"da müşahidəçi qismində iştirak etmək olduğunu bildirib: "Məqsədim həm "referendum"u izləmək,həm də Qarabağla yaxından tanış olmaqdır". Qeyd edək ki, Dağlıq Qarabağa qeyri-qanuni səfərə görə Azərbaycan, Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşinin Belarusdan ölkəmizə ekstradisiyasına nail olub. Almaniyanın Ermənistandakı keçmiş səfiri Rayner Moreli də eyni tale gözləyə və ya onun adı qara siyahıya salına bilər.