“Monteneqroda dövlət çevrilişinə cəhdin arxasında Rusiya dayanır”

Monteneqronun keçmiş baş naziri Milo Cukanoviçə sui-qəsdin və bu ölkədə dövlət çevrilişinə cəhdin təşkil edilməsinin arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. “Yeniavaz.com”un xəbərinə görə, bu barədə “The Telegraph” nəşri Böyük Britaniya hökumətindəki mənbələrə istinadən məlumat verir. Məqsəd Monteneqronun NATO-ya qoşulması üzrə planı sabotaj etmək olub. Nəşr yazır ki, Rusiya kəşfiyyatının əməkdaşları M. Cukanoviçi bir neçə ay izləyiblər və ona qarşı sui-qəsd törətməli olan serb milliyətçilərindən ibarət qrup hazırlayıblar. Monteneqronun müdafiə naziri Predraq Boşkoviç bildirib ki, dövlət çevrilişinə cəhdin maliyyələşdirilməsi və təşkilində Rusiya kəşfiyyatının əli olmasına dair heç bir şübhə yoxdur.

Xatırladaq ki, 16 oktyabr 2016-cı il tarixində Monteneqroda terror aktlarına hazırlıq şübhəsi ilə Serbiyanın 20 vətəndaşı saxlanılmışdı. İstintaqın versiyasına görə, onlar müxalifətin mitinqini gülləbarana tutmağa, ardından isə onun iştirakçılarını parlamentin binasını tutmağa və M.Cukanoviçi həbs etməyə təhrik etməyə hazırlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top