İstanbulda partlayış törətməyə hazırlaşan iki kamikadze saxlanılıb.
"Yeniavaz.com "Trend"ə istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçular Tacikistan və Özbəkistan vətəndaşlarıdır.
Kəşfiyyat və terrorla mübarizə şöbəsinin əməkdaşları Suriyada kamikadze təlimi alaraq İstanbulda partlayış törətməyə gələn İŞİD üzvləri ilə bağlı gizli məlumat alıb. Məlumat üzrə araşdırmalara başlayan xüsusi xidmət orqanalrı terrorçuların ünvanlarını müəyyənləşdiriblər.
Onlarla birlikdə daha bir neçə nəfər də saxlanılıb.