Ermənistanın keçmiş xarici işlər naziri Oskanyanın oğlu həbs edilib

Ermənistanın keçmiş xarici işlər naziri, Konsolidasiya Partiyasının rəhbəri və hazırda "Oqanyan-Raffi-Oskanyan" blokunun liderlərindən biri olan Vardan Oskanyan xoşagəlməz insidentlə üzləşib. "Yeniavaz.com" saytının nevsarmenia.am-a istinadən verdiyi məlumata görə, eks xarici işlər nazirinin oğlu Ara Oskanyan Q. Siradaryanla birlikdə qeyri-qanuni yolla onlara borclu olan şəxsi azadlıqdan məhrumetmə cəhdinə baş vurublar. Məsələni araşdıran istintaq komitəsinin məlumatına görə, Ara Oskanyan və Q.Siradaryan onlara 3 min dollar borclı olan vətəndaşlardan birini - N. Berberyanı avtomobilə oturdaraq ona bıçaqla hədə-qorxu gəlib və borcu verməyənə qədər onu buraxmayacaqlarını bildiriblər. Zərərçəkənin şikayəti əsasında da Ara Oskanyan və Q. Siradaryan həbs ediliblər. Hələlik həbs edilənlər istintaqa ifadə verməkdən imtina ediblər.

DİGƏR XƏBƏRLƏR

Top