NATO-nun Qara dənizdə çevik siyasət yeritməsi və bölgədə öz təsirini artırmaqda davam etdirməsi müdafiə məqsədlərinə xidmət edir. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib: "Söhbət ilk növbədə Qara dənizdə həm havada, həm də dənizdə həyata keçirilən hərbi təlimlərdən gedir. Ancaq bizim Qara dənizdə fəallaşmağımız sırf müdafiə xarakteri daşıyır. Biz münaqişəyə girmək deyil, onun qarşısını almaq istəyirik".
Stoltenberq həmçinin qeyd edib ki, NATO Rusiya ilə konstruktiv münasibətlər qurulmasının tərəfdarıdır: "Mən Rusiya ilə dialoq tərəfdarıyam. Biz Rusiya ilə daha konstruktiv münasibətlər qurmağa cəhd edirik".