Qazaxıstanda Suriya üzrə danışıqlar başlayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların yeni mərhələsi başlayıb. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, danışıqlarda Suriyanın silahlı muxalifətini təmsil edən 9 qrupun nümayəndələri də iştirak edirlər. Bununla bağlı mətbuata açıqlama verən Qazaxıstan Xarici işlər nazirliyi Asiya və Afrika departamentinin direktoru Aydarbek Tumatov deyib ki, Suriya müxalifəti nümayəndə heyətinə "Ceyş-əl-İslam" -ın nümayəndəsi Məhəmməd Allyuş rəhbərlik edir: "Danışıqlarda 9 silahlı muxalifət qrupunun nümayəndəsi iştirak edir. Onların Suriya iqtidarının təmsilçiləri ilə görüşü planlaşdırılıb. Amma bunun üçün Suriya üzrə danışıqların nəticələrini gözləmək lazımdır". Tumatov həmçinin məlumat verib ki, Astana danışıqlarında atəşkəsə nəzarət üzrə monitorinq qrupunun yaradılması da müzakirə ediləcək. Toplantının sonunda birgə bəyanat verilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top