Azərbaycandan gizli çıxarılmaq istənilən 29 min zəlinin aqibəti necə olub?

Xəbər verdiyimiz kimi, ötən ay Astara Gömrük İdarəsinin əməkdaşları minlərlə zəlinin qaçaqmalçılıq yolu ilə İrana aparılmasının qarşısını alıblar. Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplandığı, satışının təşkili üçün başqa ölkəyə aparılmaq istənildiyi məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının və Gömrük Komitəsinin əməkdaşları ilə birgə Mingəçevirdə Zoologiya İnstitutunun balansındakı süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra təbiətə buraxılacağı bildirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top