Rusiyada ilk dəfə plastik pullar buraxılacaq

Rusiya Mərkəzi Bankı ölkədə ilk dəfə plastik əskinaslar buraxacaq. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Georgi Luntovski deyib. Onun sözlərinə görə, yeni əskinaslar 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunacaq: “ Xatirə əskinasın nominalı 100 rubl təşkil edəcək və onun 2018-cı ilin birinci rübündə buraxılması gözlənilir. Əskinasın buraxılışında Rusiyada hələ istifadə edilməmiş yeni texnologiya tətbiq ediləcək”. Sədr müavini əlavə edib ki, Sevastopolun təsviri olduğu 200 rubl və Uzaq şərqin görməli yerlərinin əks olunduğu 2000 rubl nominallı əskinasların hazırlanmasında da plastikdən istifadə ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top